Anomal Svitç

bazar konyunkturunun anomal dəyişməsi hesabına mənfəət əldə etmək üçün investisiyaların müəyyən növ qiymətli kağızlardan başqa növ qiymətli kağızlara yönəldilməsi.
Annuitet
Anons
OBASTAN VİKİ
Anomal uşaqlar
Anomal uşaqlar – müəyyən qüsur və çatışmazlıqlara görə normal fiziki və ya psixi inkişafdan xeyli dərəcədə geridə qalan, bu səbəbdən də xüsusi şəraitdə təlim-tərbiyəyə ehtiyacı olan uşaqlar. Belə uşaqların inkişafındakı qüsurların və çatışmazlıqların ləğvi, korreksiyası və bərpası xüsusi təlim-tərbiyə müəssisələrində aparılır. Uşaqda hər hansı bir pozğunluğun (məs., qulağın birinin eşitməməsi) olması anomal inkişafı müəyyən etmir. Belə hallarda uşaqların fiziki və psixi inkişafı pozulmur və onlar anomal uşaq kateqoriyasına aid edilmirlər. Anomal uşaqlarının ümumi inkişaf qanunauyğunluqlarının, onların təlim-tərbiyə metodlarının öyrənilməsi defektologiyanın tədqiqat obyektidir. Qüsurlar və çatışmazlıqlar anadangəlmə və qazanılmış ola bilər. Anadangəlmə qüsurların yaranmasında irsi faktorlar, hamiləlikdə dölə zərərli [[Təsir|təsirlər](intoksikasiya, alkoqol, bətn daxili infeksiya, travma), həmçinin asfiksiya və doğuş travmasının xüsusi rolu vardır. Qazanılmış anomaliyalar, əsasən, erkən yaş dövründə keçirilmiş yoluxucu xəstəliklərin (meningit, poliomelit və s.), travma, intoksikasiya və s. nəticəsində yaranır.
Hindistanda anomal istilər (2015)
Hindistanda anomal istilər — 2015-ci ilin may ayında Hindistanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Baş verən anormal istilər nəticəsində 29 may tarixinə olan məlumata əsasən 1.800 nəfərdən çox şəxs dünyasını dəyişib. Hindistanda ən yüksək temperatur adətən, mart-iyul ayları aralığında müşahidə edilməkdədir. Baş verən temperatur böhranı zamanı ölkənin demək olar ki, bütün ərazilərində ölüm halı qeydə alınıb. Xüsusi ilə cənub ştatlarında ölüm hallarını daha çox olması diqqət çəkir. Andhra Pradeş ştatında 1.490 nəfər həmin ştatın sərhədində yerləşən Telanqana ştatında isə 440 nəfər istilərin qurbanı olub. Adı çəkilən ərazilərdə 47 dərəcə isti qeydə alınıb. İstilərdən əziyyət çəkən digər ərazilər Orissa ştatı və Qərbi Benqal ərazilərdir. Baş verən istilər böyük şəhərlərdə soyuducu sistemlərə olan təlabatı anidən artırmışdır və nəticədə bir çox böyük şəhərlərdə enerjinin verilməsində problemlər yaranıb.
Yaponiyada anomal istilər (2018)
Yaponiyada anomal istilər – 2018-ci ilin yay aylarında Yaponiyanın müxtəlif bölgələrində müşahidə olunan yüksək temperatur böhranı. Temperatur böhranı ölkənin cənub-qərbində bir çox insanı evsiz qoyan daşqınlara səbəb olan ağır yağışlardan sonra yaranmışdır. İyunun sonundan iyulun ortalarına qədər davam edən daşqınlardan sonra Yaponiyada temperatur kəskin artmışdır. Daşqın və torpaq sürüşmələrinin baş verdiyi Hiroşima, Ehime və Okayama prefekturalarında 145 nəfər gün vurmasında görə xəstəxanaya müraciət edib. Bu zaman havanın temperaturu 35 °C-ni keçib. 23 iyul 2018-ci ildə Yaponiya Meteorologiya Agentliyi Tokionun 65 km şimal-qərbində yerləşən Kumaqaya şəhərində 41,1 °C temperatur qeydə alıb. Bu, ölkə tarixində qeydə alınmış ən yüksək temperaturdur. Kioto şəhərində isə ardıcıl 7 gün boyunca temperatur 38 °C-dən aşağı düşməmişdir. Bu, hava haqqında qeydlərin tutulmağa başlandığı XIX əsrdən bəri ilk haldır. 9 iyul 2018-ci ildən Yaponiyada azı 44 nəfər anomal istilərdən ölüb.